“Sabah”ın qapıçısı Stas Pokatilov Qazaxıstan milli komandasının məşq düşərgəsinə qatılarkən komanda yoldaşları tərəfindən xüsusi qarşılanıb.
Çempionlar Liqasının əsas mərhələsində Azərbaycanı təmsil edən “Sabah” klubunun qapıçısı Stas Pokatilov Qazaxıstan milli komandasının məşq düşərgəsində gözlənilmədik qarşılanma ilə üzləşib.
Futbolçu düşərgəyə qədəm qoyarkən komanda yoldaşları onun üçün xüsusi dəhliz düzəldiblər. Bu jest oyunçuya olan hörmət və dəstəyin nümayişi kimi diqqət çəkib.
Qazaxıstan Futbol Federasiyasının rəsmi instaqram hesabında paylaşılan görüntülərdə Pokatilovun komanda yoldaşları tərəfindən necə qarşılandığı əks olunub. Kadrlar qısa müddətdə futbol ictimaiyyətinin diqqətini cəlb edib.