Azərbaycanda 100 min əlil şəxsə reabilitasiya edilib
22 sen 2026 Post redaksiyası 5 1 dəq

Azərbaycanda 100 min əlil şəxsə reabilitasiya edilib

Sosial Xidmətlər Agentliyi 2024-cü ilin yanvar-avqust aylarında əlilliyi olan 100 min şəxsə reabilitasiya xidmətləri göstərib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyi bu ilin ilk səkkiz ayında əlilliyi olan 100 min nəfəri müxtəlif reabilitasiya xidmətləri ilə əhatə edib.

Məlumata görə, bu şəxslərdən 52,9 min nəfəri ambulator qaydada, 24,8 min nəfəri isə stasionar və icma əsaslı xidmətlərdən faydalanıb. Qalanlarına isə səyyar, onlayn və sosial-psixoloji istiqamətlər üzrə reabilitasiya xidmətləri təqdim olunub.

Müasir reabilitasiya metodları tətbiq edilir

Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsullarla bərabər, dünyanın qabaqcıl təcrübəsinə əsaslanan müasir reabilitasiya metodlarından da istifadə olunur. Bunlara robotik reabilitasiya, sosial-psixoloji dəstək, yoqa, hippoterapiya və rəqs terapiyası kimi üsullar daxildir.

Bu müəssisələr həmçinin stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya və səyyar formada da xidmətlər göstərir.