Sumqayıtda 12 000 manat ilkin ödənişlə mənzil satışda
18 sen 2026 Post redaksiyası 8 2 dəq

Sumqayıtda 12 000 manat ilkin ödənişlə mənzil satışda

Sumqayıtın girişində yerləşən Yeni Sumqayıt layihəsində 12 000 manatdan başlayan ilkin ödənişlə tam təmirli mənzillər satışa çıxarılıb.

Sumqayıt şəhərinin girişində, Sülh küçəsində yerləşən Yeni Sumqayıt layihəsində yeni mənzillərin satışına başlanılıb. Layihədə 12 000 manatdan başlayan ilkin ödənişlə 38 kvadratmetrlik, 2 otaqlı studiya mənzil sahibi olmaq mümkündür.

Kompleksdə 38 kvadratmetrdən 83,73 kvadratmetrədək sahəyə malik 2, 3, 4 otaqlı və studiya tipli mənzillər təklif olunur. Fərqli sahə və planlaşdırma variantları sayəsində ailənin tərkibinə və büdcəsinə uyğun seçim etmək mümkündür.

Layihənin başlıca üstünlüklərindən biri mənzillərin tam təmirli şəkildə təhvil verilməsidir. Evlər keyfiyyətli materiallarla təmir olunaraq kommunal xidmətlərlə birlikdə sakinlərə təqdim edilir.

Ərazidə hansı imkanlar var?

Yeni Sumqayıt layihəsi ətrafında park və istirahət zonaları, uşaq əyləncə mərkəzi, məktəb, bağça, oyun meydançaları, idman və xidmət obyektləri nəzərdə tutulub. Sakinlərin təhlükəsizliyi 24 saat mühafizə xidməti və kamera nəzarəti ilə təmin olunur.

Ödəniş şərtləri necədir?

Mənzil almaq istəyənlər üçün 36 ayadək daxili kredit və ya 20 ilədək ipoteka imkanları mövcuddur. Bundan əlavə, “Evini hissə-hissə al” modeli çərçivəsində faizsiz və aylıq öhdəliksiz şəkildə, mərhələlərlə mənzil sahibi olmaq mümkündür. Bu model çərçivəsində istənilən sahə kvadratmetr-kvadratmetr alına bilər.

Mənzil seçimi ilə maraqlananlar satış ofisinə müraciət edərək tikinti ərazisini gəzə, mövcud mənzillərlə tanış ola və fərdi təkliflər barədə məlumat ala bilərlər. Əlaqə üçün *1544 nömrəsinə zəng etmək mümkündür. Layihə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşir.