Beyləqanda 39 yaşlı kişi kanalda boğularaq öldü
19 sen 2026 Post redaksiyası 3 1 dəq

Beyləqanda 39 yaşlı kişi kanalda boğularaq öldü

Beyləqan rayonunda Xan Qızı kanalında 39 yaşlı kişi boğularaq həyatını itirib.

Beyləqan rayonunda faciə baş verib — 39 yaşlı kişi rayon ərazisindən keçən Xan Qızı kanalında boğularaq dünyasını dəyişib.

Hadisə zamanı həlak olan şəxsin Təzəkənd kənd sakini Orxan Sərdar oğlu Kərimov olduğu müəyyən edilib. Onun meyiti kanaldan çıxarılaraq müvafiq qurumlara təhvil verilib.

Ölənin sağlamlıq durumu açıqlanıb

Məlumata görə, Orxan Kərimov epilepsiya xəstəliyindən əziyyət çəkirmiş. Faciənin baş vermə səbəbləri araşdırılır.