Çin Sədri Si Cinpin 23-25 sentyabr tarixlərində ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Amerikaya dövlət səfəri həyata keçirəcək.
Çinin Xarici İşlər Nazirliyi Si Cinpinin ABŞ-ə dövlət səfəri barədə bəyanat yayıb. Bəyanata görə, Çin lideri 23-25 sentyabr tarixlərində ABŞ-də olacaq.
Səfər Donald Trampın şəxsi dəvəti əsasında təşkil edilir.
Dövlət səfərindən öncə ABŞ və Çin nümayəndə heyətlərinin Nyu-Yorkda görüşəcəyi bildirilib. Tərəflər bu görüşdə iqtisadi əməkdaşlıq və ticarət əlaqələrinə dair məsələləri müzakirə edəcəklər.
Məlumata görə, Çin nümayəndə heyəti sentyabrın 19-dan 23-dək ABŞ-də səfərdə olacaq.