“Invest-AZ İnvestisiya Şirkəti” QSC media nümayəndələrinin iştirakı ilə keçirdiyi tədbirdə InvestAZ PRO tətbiqi üçün hazırlanmış yeni kampaniya filmini ictimaiyyətə təqdim edib.
Tədbirdə qonaqlara əvvəlcə kampaniyanın kreativ konsepsiyası və əsas mesajı barədə məlumat verilib, ardınca isə filmin ilk nümayişi baş tutub. Layihə InvestAZ PRO tətbiqinin təqdimatına həsr olunub və üç fərqli idman sahəsinin nümayəndələrinin iştirakı ilə çəkilib.
Filmdə karate üzrə beşqat dünya çempionu və Olimpiya mükafatçısı Rafael Ağayev, Everest zirvəsini fəth etmiş alpinist Vəfa Musayeva, həmçinin tamblinq gimnastikası üzrə ikiqat dünya çempionu Tofiq Əliyev çəkiliblər. Üç ayrı idman sahəsini təmsil edən bu şəxsləri birləşdirən cəhət yalnız əldə etdikləri nailiyyətlər deyil, o nailiyyətlərə gedən yolda keçdikləri, gözdən gizli qalan mərhələlərdir.
Bu yol məqsədin dəqiq təyin edilməsindən, riskin qiymətləndirilməsindən, strategiya qurulmasından və doğru vaxtda addım atılmasından ibarətdir. Zirvəyə çıxmazdan əvvəlki hazırlıq, tatami üzərində anlıq qərar vermə bacarığı və tamblinqdə səhvə yer olmayan dəqiqlik filmdə ortaq bir ideyada birləşir: nəticədən əvvəl həmişə nəzarət gəlir.
Üç fərqli uğur hekayəsi əslində bir qərarvermə sistemini əks etdirir. “Nəzarət səndədir” adlanan kampaniya bu üç qəhrəmanın gündəlik həyatında tətbiq etdiyi düşüncə tərzini investisiya sahəsinə köçürür.
Vəfa Musayevanın riskləri qabaqcadan hesablaması, Rafael Ağayevin doğru anı seçə bilməsi və Tofiq Əliyevin ən çətin elementi belə səhvsiz icra etməsi ortaq bir prinsipdən qaynaqlanır: potensial yalnız düzgün idarə olunduğu halda real nəticəyə çevrilir.
Bu üç fərqli dünya filmdə vahid ritmə tabe olaraq InvestAZ PRO App-in əsas vədini önə çıxarır — bazarın izlənməsindən tutmuş əməliyyatların icrasına, hesab və vəsaitlərin idarə olunmasına qədər bütün proseslərin bir platforma üzərindən nəzarətdə saxlanılması.
Tətbiq istifadəçilərə müxtəlif maliyyə bazarlarına çıxış təmin etməklə yanaşı, aşağıdakı imkanları da təqdim edir:
İstifadəçilər müxtəlif maliyyə alətləri üzrə ticarət əməliyyatlarını, habelə hesablarının balansını eyni platforma üzərindən idarə edə bilirlər.
Tətbiqi qeydiyyatdan keçmədən, qonaq rejimində sınamaq mümkündür. Bundan başqa, real vəsait qoymadan müxtəlif strategiyaları yoxlamaq üçün demo hesab açmaq imkanı da mövcuddur.
Kampaniya investisiyanı təsadüfi seçim kimi deyil, məlumat toplamağı, hazırlıq görməyi və müəyyən intizamı tələb edən bir proses kimi təqdim edir. Burada “pro” sözü təcrübə səviyyəsindən daha çox qərar qəbul etmə yanaşmasını ifadə edir.
InvestAZ PRO tətbiqini App Store və Google Play platformalarından yükləmək mümkündür.
“Invest-AZ İnvestisiya Şirkəti” QSC (Lisenziya №:087986) Azərbaycanda investisiya xidmətləri göstərən lisenziyalı şirkətdir. Şirkət fərqli təcrübə səviyyəsinə malik müştərilərinə əlverişli qiymətlər, keyfiyyətli icra mühiti, analitik məlumatlar və peşəkar dəstək təqdim edir.