Ağdam-Xankəndi dəmiryol xəttinin bərpası davam edir, layihələndirmə işlərinin 90 faizi, tikinti-quraşdırma işlərinin isə 48 faizi tamamlanıb.
Ağdam-Xankəndi dəmiryol xəttinin bərpa işləri davam etdirilir. "Azərbaycan Dəmir Yolları" QSC bu barədə məlumat yayıb.
Yayılan məlumata əsasən, xəttin layihələndirmə işləri 90 faiz həcmində icra olunub. Tikinti-quraşdırma işlərinə gəldikdə isə, hazırda görülən işlərin 48 faizi başa çatdırılıb.
Layihə çərçivəsində inşa ediləcək Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksi istifadəyə verildikdən sonra gündəlik yüzlərlə sərnişinə xidmət göstərəcək.