Yevlaxda 4 yaşlı uşağın barmağına dəmir halqa keçib qalıb, hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub.
Yevlaxda 4 yaşlı bir uşağın barmağında dəmir halqa ilişib qalıb. Baş vermiş hadisə barədə məlumat FHN-in Aran Regional Mərkəzinə ötürülüb.
Mərkəzin xilasediciləri dərhal hadisə yerinə yollanıblar. Onlar xüsusi texniki vasitələrdən istifadə edərək dəmir halqanı azyaşlının barmağından təhlükəsiz şəkildə çıxarmağa nail olublar.
Xilasetmə əməliyyatı uğurla başa çatdırılıb və uşağın sağlamlığına heç bir zərər dəymədiyi bildirilib.