Son xəbər: Hande Erçel Milanda Cennifer Lopezlə görüşüb
“Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov Formula 1 Azərbaycan Qran-Prisinin “Sea Breeze”də keçirilməsi ehtimalından danışıb.
Formula 1 Azərbaycan Qran-Prisinin Bakı şəhər trasından “Sea Breeze” ərazisinə köçürülməsi mövzusu yenidən müzakirə mövzusuna çevrilib. Bu barədə “Sea Breeze”in sahibi, “Agalarov Development” şirkətinin prezidenti Emin Ağalarov özünün “Instagram” səhifəsində paylaşım edib.
İş adamının sözlərinə görə, “Sea Breeze” ərazisində Formula 1 üçün yarış trasının inşa olunması ilə bağlı söhbətlər artıq bir müddətdir dolaşır.
Əslində bu, böyük hazırlıq tələb edən önəmli bir hadisədir. Bunun üçün Formula 1 memarlarını, faktiki olaraq bütün trasların layihəsini hazırlamış “Tilke” şirkəti ilə əlaqədəyik
Emin Ağalarov qeyd edib ki, əgər lazımi infrastrukturla birlikdə trasın tikintisi 2030-2031-ci illərə qədər başa çatdırıla bilsə, Formula 1 yarışlarının nəzəri olaraq “Sea Breeze”ə köçürülməsi mümkündür.
Bununla belə, iş adamı bu istiqamətdə hələ heç bir dəqiq sazişin mövcud olmadığını vurğulayıb.
Lakin bizim ona doğru getdiyimiz bir arzumuz var. Arzu etdiyimiz hər şey reallaşıb. Ona görə də, “Sea Breeze”də Formula 1 uzaqda deyil
Emin Ağalarov paylaşımını Formula 1 yarışının “Sea Breeze”də necə görünə biləcəyini əks etdirən vizual görüntülərlə də zənginləşdirib. Görüntülər arasında onun özünün simvolik olaraq yarış maşınını idarə etdiyi kadrlar da yer alıb.