Türkiyəli aktrisa Hande Erçel İtaliyanın Milan şəhərində keçirilən moda tədbirində iştirak edərək dünyaşöhrətli ulduz Cennifer Lopezlə bir arada olub.
Türkiyəli tanınmış aktrisa Hande Erçel Milan şəhərində təşkil olunan nüfuzlu moda tədbirinə qatılıb. Aktrisa tədbiri ön sırada yerləşərək izləyib.
Hande Erçel həmin gecə tül parça və korset detalları olan ağ rəngli geyimi ilə diqqətləri üzərinə çəkib.
Moda tədbiri başa çatdıqdan sonra Hande Erçel məşhur müğənni və aktrisa Cennifer Lopezlə üz-üzə gəlib. İki ulduz birgə fotolar üçün pozalar veriblər.