Fransada keçirilən hərracda məşhur aktrisa Brijit Bardonun şəxsi əşyaları qiymətləndirmə məbləğindən təxminən 20 dəfə baha - 954 min avroya alıcı tapıb.
Fransada təşkil olunan hərracda görkəmli fransız aktrisası Brijit Bardonun şəxsi əşyaları gözlənilən qiymətdən qat-qat baha satılıb. İlkin qiymətləndirmə cəmi 50 min avro civarında olsa da, əşyaların ümumi satış məbləği 954 min avroya çatıb.
Hərracı təşkil edən Millon hərrac evinin nümayəndəsi Aleksandr Millon bildirib ki, aktrisanın adi əşyaları belə kolleksiyaçılar arasında böyük maraq doğurub.
“Bricit Bardo bir daha sübut etdi ki, misilsiz əlkimyaçıdır: o, təxminən 50 min avronu 1 milyon avroya çevirdi”, - deyib.
Millon konkret nümunələr də təqdim edib. Belə ki:
Hərracdan toplanan bütün gəlir aktrisanın sağlığında qurduğu Brijit Bardo Fonduna köçürüləcək. Bu fond vəhşi heyvanların qorunması məqsədilə yaradılıb.
Fransa kinosunun ən tanınmış simalarından biri olan Brijit Bardo 2025-ci il dekabrın 28-də 91 yaşında dünyasını dəyişib.