AYNA ödənişsiz fəaliyyət göstərəcək “Avtovağzal” və “Xocəsən” metrostansiyalarını Bakı–Sumqayıt yolundan paytaxta hərəkət edən müntəzəm marşrut avtobusları üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edib.
AYNA-nın yaydığı məlumata görə, sərnişinlərin yeni açılacaq metrostansiyalardan rahat istifadə etməsi məqsədilə “Avtovağzal” və “Xocəsən” stansiyaları bir sıra avtobus marşrutları üçün aralıq dayanacaq nöqtəsi elan olunub. Bu stansiyalardan Bakı–Sumqayıt yolu boyunca paytaxt istiqamətində hərəkət edən müntəzəm marşrutlar faydalana biləcək.
Metronun “Piramida” tərəfə açılan “Avtovağzal” stansiyasının qarşısında avtobuslar üçün dayanacaq zonası yaradılıb və bu zona sərnişinlərin rahatlığı naminə 3 ayrı hissəyə bölünərək müvafiq nişanlarla işarələnib. Bundan əlavə, avtobusların dayanacaqdan çıxaraq yenidən Bakı–Sumqayıt yoluna maneəsiz qoşula bilməsi üçün ərazidə ayrıca hərəkət zolağı ayrılıb.
Aşağıdakı ərazilərdən gələn avtobuslar “Avtovağzal” stansiyası önündə aralıq dayanacaq edəcək:
Lökbatan qəsəbəsindən hərəkət edən 130 nömrəli və Xocəsən qəsəbəsindən çıxan 102 nömrəli marşrut avtobusları üçün isə aralıq dayanacaq məntəqəsi olaraq metronun “Xocəsən” stansiyası müəyyən edilib.