Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında 99-cu teatr mövsümünün açılışı olub. Mövsüm dramaturq və maarifçi Mirzə Fətəli Axundzadənin “Hacı Qara” komediyası ilə başlayıb.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında növbəti, 99-cu teatr mövsümünün açılış mərasimi keçirilib. Yeni mövsüm dramaturq və maarifçi Mirzə Fətəli Axundzadənin qələmə aldığı “Hacı Qara” komediyasının nümayişi ilə start götürüb.
Səhnə əsərinin quruluşçu rejissoru vəzifəsini Xalq artisti Cənnət Səlimova icra edib.
“Hacı Qara” tamaşasında Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Elnur Bəhramxan, Nəsibə Eldarova və Gülər Nəbiyeva rol alıb. Onlara teatrın digər aktyorları da səhnədə həmkarlıq göstərib: