Niderlandın milli teleradio şirkəti AVROTROS-un boykot qərarına baxmayaraq, ölkə 2027-ci ildə keçiriləcək “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində iştirak edəcək.
Niderlandın milli teleradio şirkəti AVROTROS-un elan etdiyi boykota rəğmən, ölkə 2027-ci ildə keçiriləcək “Avroviziya” beynəlxalq mahnı müsabiqəsində iştirak edəcək.
Niderland mətbuatının məlumatına görə, hazırda ölkəni yarışmada kimin təmsil edəcəyi və hansı teleradio yayımçısının şounu təqdim edəcəyi hələ açıqlanmayıb.
AVROTROS 2026-cı ilin avqustunda “Avroviziya-2027” üçün təmsilçi seçimindən rəsmən imtina etdiyini bildirmişdi. Bundan əvvəl həmin kanal 2026-cı il müsabiqəsini də boykot etmişdi.
Boykotun əsas səbəbi İsrailin yarışmada iştirakı ilə bağlı yaranan gərgin müzakirələr olub. Bu etiraza qoşulan İrlandiya, İspaniya, İslandiya və Sloveniya da 2026-cı il müsabiqəsində iştirak etməkdən imtina etmişdilər.
İrlandiya daha sonra Niderlandın addımını təkrarlayaraq “Avroviziya-2027”yə də qatılmayacağını açıqlamışdı.
“Avroviziya-2027” beynəlxalq mahnı müsabiqəsi Bolqarıstanın Burqas şəhərində təşkil olunacaq. Yarımfinal mərhələlərinin mayın 11-i və 13-də, böyük finalın isə mayın 15-də keçirilməsi nəzərdə tutulub.