İsrail Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərkən bir sıra ölkələrin diplomatları zalı tərk edib.
İsrail Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edib. Onun kürsüyə qalxdığı anda bir çox ölkənin diplomatik nümayəndə heyətləri ayağa qalxaraq zalı tərk edib.
Bu addım İsrailin Qəzzada davam etdirdiyi hərbi əməliyyatlara, İordan çayının qərb sahilindəki fəaliyyətinə, habelə Suriya və Livana endirdiyi zərbələrə etiraz kimi dəyərləndirilib. Diplomatlar zaldan çıxarkən orada etiraz səsləri eşidilib.
Çoxsaylı nümayəndə heyəti zalı tərk etdikdən sonra Netanyahu çıxışını nisbətən boş salonda davam etdirməli olub. Qeyd olunur ki, bu, 2023-cü il oktyabrın 7-dən bəri onun BMT Baş Assambleyasındakı çıxışları zamanı üzləşdiyi üçüncü oxşar boykot halıdır.
Eyni zamanda, BMT-nin Nyu-Yorkdakı qərargahı ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Bu fonda İsrail hökumətinin siyasətinə qarşı nümayişlər təşkil edilib.
Aksiya iştirakçıları hərbi əməliyyatların dayandırılmasını və hərbi yardımların kəsilməsini tələb edən şüarlar səsləndiriblər, əllərində müvafiq plakatlar tutublar.