Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya səfərə yollanıb, səfər çərçivəsində ona Visbadendə Hessen Sülh Mükafatı veriləcək.
Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniyaya rəsmi səfərə yola düşüb. Səfər proqramına əsasən, Visbaden şəhərində Paşinyana Hessen Sülh Mükafatı təqdim olunacaq.
Mükafatın verilməsinin əsas səbəbi kimi Ermənistanın Avropa İttifaqına inteqrasiya istiqamətindəki addımları və Cənubi Qafqaz regionunda sülhün qurulması üçün göstərdiyi cəhdlər göstərilib.
Almaniyadakı səfər çərçivəsində Ermənistan Baş nazirinin Frankfurt Ticarət-Sənaye Palatasında yerli iş adamları ilə görüşü də nəzərdə tutulub. Bu görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi müzakirə olunacağı gözlənilir.
Maliyyə fondu 25000 avro təşkil edən Hessen Sülh Mükafatı 1994-cü ildən bəri Albert Osvald Fondu tərəfindən təqdim edilir. Fond Hessenin keçmiş Baş naziri Albert Osvald və onun ailə üzvləri tərəfindən yaradılıb.