Toyota zavodlarında 40 min robot işə salınacaq
19 sen 2026 Post redaksiyası 3 1 dəq

Toyota zavodlarında 40 min robot işə salınacaq

Yaponiyanın "Toyota Motor" korporasiyası zavodlarında 2028-ci ildən etibarən təxminən 40 min humanoid-robotdan istifadə edəcək.

Yaponiyanın ən iri avtomobil istehsalçısı "Toyota Motor" öz müəssisələrində insanlarla yanaşı çalışacaq təxminən 40 min humanoid-robot tətbiq etməyi planlaşdırır. "Nikkei" nəşrinin məlumatına görə, bu robotlar müxtəlif istehsal əməliyyatlarını yerinə yetirəcəklər.

Qeyd olunur ki, yeni qurğular 2028-ci ildən başlayaraq konsernin zavodlarının modernləşdirilməsi və yenidən qurulması prosesinin bir hissəsi kimi istehsal xəttinə daxil ediləcək.

Modernləşməyə milyardlarla vəsait ayrılacaq

"Toyota" zavodlarının yenilənməsi üçün hər il təxminən 1 trilyon yen, yəni təqribən 10,8 milyard manat məbləğində maliyyə vəsaiti ayıracaq. Bu addım şirkətin istehsal gücünü artırmaq və prosesləri təkmilləşdirmək məqsədi daşıyır.

60 zavod, 18 min mütəxəssis

Hazırda "Toyota Motor"un dünya üzrə 60 zavodu fəaliyyət göstərir və bu müəssisələrdə 18 min yüksəkixtisaslı işçi çalışır. Robotların istehsala cəlb edilməsi məhz bu kadrların iş səmərəliliyini yüksəltmək üçün nəzərdə tutulub.

Şirkətin gələcək planlarına görə, robotlardan təkcə istehsal proseslərində deyil, həm də yeni işə qəbul olunan işçilərin təlimatlandırılmasında istifadə olunması nəzərdə tutulur.