İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək üçün ABŞ-ə səfəri öncəsi onu müşayiət edəcək mətbuat qrupuna ABŞ tərəfindən viza verilmədiyi məlum olub.
İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etmək üçün ABŞ-ə səfəri ərəfəsində diqqətçəkən bir məqam üzə çıxıb. Prezidenti müşayiət etməli olan jurnalist qrupuna ABŞ tərəfindən viza verilməyib.
Bu barədə İran Prezident Aparatının İctimaiyyətlə əlaqələr üzrə baş direktoru Həbibullah Abbasi məlumat yayıb. O, Pezeşkianın sabah başlayacaq ABŞ səfərini şərh edərkən bildirib ki, prezidenti müşayiət edəcək media nümayəndələrinə giriş icazəsi verilməyib.
Prezidenti müşayiət edəcək mətbuat qrupuna ABŞ vizası verilməyib.
Bununla yanaşı, Abbasi qeyd edib ki, prezidentin ABŞ-də keçirəcəyi ikitərəfli görüşlər barədə məlumatlar ictimaiyyətlə vaxtında bölüşüləcək.
Açıqlamaya görə, Pezeşkianın ABŞ səfəri ümumilikdə beş gün çəkəcək, lakin bu müddətin yalnız iki günü bilavasitə səfərə həsr olunub.
İran Prezidentini səfər zamanı Prezident Aparatının rəhbəri Möhsün Hacı Mirzai və Prezident Aparatının Mərasim və Protokol İşləri üzrə direktor müavini Seyid Abbas Musəvi müşayiət edəcək.
Həbibullah Abbasi həmçinin vurğulayıb ki, Məsud Pezeşkian ABŞ-dəki səfəri çərçivəsində bir sıra ölkələrin rəsmi nümayəndələri ilə də görüşlər keçirəcək.