Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-a işgüzar səfərə yollanıb və BMT Baş Assambleyasında edəcəyi çıxışın mətnini təyyarədə hazırladığını bildirib.
Ermənistan Baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarına işgüzar səfərinə start verib. Bu barədə məlumatı özü sosial media hesabında paylaşıb.
Səfər sentyabrın 22-dən 25-dək davam edəcək. Bu müddət ərzində Paşinyan Nyu-Yorka gedərək BMT Baş Assambleyasının 81-ci sessiyasının işinə qatılacaq.
Ermənistan hökumətinin başçısı sessiya çərçivəsində keçiriləcək yüksəksəviyyəli ümumi siyasi debatlarda söz alacaq. Bundan başqa, onun BMT Baş katibi Antonio Quterreşlə də görüşəcəyi açıqlanıb.
Paşinyan çıxış mətnini hələ uçuş zamanı hazırladığını bildirərək bununla bağlı video görüntülər də yayımlayıb.
Qeyd edilməlidir ki, BMT Baş Assambleyasının 81-ci sessiyası sentyabrın 8-də öz işinə başlayıb. Dövlət və hökumət rəhbərlərinin qatılacağı ümumi siyasi müzakirələr isə sentyabrın 22-dən 28-dək davam edəcək.