Hərbi Prokurorluğun rəhbərliyi Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvan Muxtar Respublikasındakı hərbi hissələrini, həmçinin Naxçıvan Hərbi Kollecini ziyarət edib.
Hərbi Prokurorluğun rəhbərliyi Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələrində olub. Ziyarət çərçivəsində Naxçıvan Hərbi Kolleci də diqqətdən kənarda qalmayıb.
Görüş zamanı hərbi qulluqçulara Vətən müharibəsi və Antiterror əməliyyatı zamanı Silahlı Qüvvələrin və xalqın Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşməsi, bunun nəticəsində Dövlət Suverenliyinin tam bərpa olunması barədə ətraflı məlumat verilib.
Tədbir çərçivəsində Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə yaxından tanış olub.
Öz növbəsində hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər. Onlar qarşıya qoyulacaq bütün tapşırıqları vaxtında və layiqincə yerinə yetirməyə tam qadir olduqlarını vurğulayıblar.
Tədbirin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim olunub. Onlara xidməti fəaliyyətlərində uğurlar arzu edilib.