Xəzər dənizində zəlzələ baş verib, hadisə barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Xəzər dənizində zəlzələ qeydə alınıb. Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi rəsmi məlumat yayıb.
Mərkəzin verdiyi məlumata əsasən, yerli vaxtla saat 10:46-da baş verən zəlzələnin maqnitudası 3,1 olub.
Qeyd olunub ki, zəlzələnin ocağı yer səthindən 15 kilometr dərinlikdə yerləşib.