Xaçmazda icra başçısının müavini Anar Oruclu azad edildi
21 sen 2026 Post redaksiyası 9 1 dəq

Xaçmazda icra başçısının müavini Anar Oruclu azad edildi

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu vəzifəsindən azad edilib və 57 saylı Xaçmaz şəhər Dairə Seçki Komissiyasının sədri təyin olunub.

Xaçmaz Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi həyata keçirilib. İcra başçısı Elnur Rzayevin imzaladığı əmrə əsasən, RİH başçısının birinci müavini Anar Oruclu tutduğu vəzifədən azad edilib.

Yeni təyinat

Anar Oruclu eyni zamanda yeni vəzifəyə təyin olunub. O, bundan sonra 57 saylı Xaçmaz şəhər Dairə Seçki Komissiyasının sədri kimi fəaliyyət göstərəcək.

Anar Oruclu öz təyinatını təsdiqləyərək bildirib ki, yeni vəzifəsi elə həmin gündən qüvvəyə minib.