Kriştianu Ronaldonun oğlu Kriştianu Ronaldo Junior, atasının çıxış etdiyi "Əl-Nəsr" klubunun U-17 komandasında oynadığı matçda iki qol vurub.
Portuqaliya millisinin ulduzu Kriştianu Ronaldonun oğlu Kriştianu Ronaldo Junior "Əl-Nəsr"in U-17 yaş qrupu komandasının heyətində parlaq oyun nümayiş etdirib.
Gənc futbolçu "Əl-Əhli" komandası ilə keçirilən görüşdə iki dəfə fərqlənərək komandasının qələbəsində həlledici rol oynayıb.
Junior Ronaldonun vurduğu qollar sayəsində "Əl-Nəsr"in U-17 komandası rəqibinə 2:1 hesabı ilə üstünlük qazanıb.