Tokayev 14 hərbçinin ölümünə görə naziri istefaya göndərdi
27 sen 2026 Post redaksiyası 4 1 dəq

Tokayev 14 hərbçinin ölümünə görə naziri istefaya göndərdi

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Xəzər dənizində keçirilən hərbi təlim zamanı 14 hərbçinin həlak olmasından sonra müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad edib.

Qazaxıstan dövlət başçısının Mətbuat xidməti bu barədə rəsmi məlumat yayıb. Kadr dəyişikliyi ölkənin hərbi tarixində ağır itkiyə səbəb olan hadisədən sonra baş verib.

Xəzər dənizindəki faciə

Sentyabrın 24-də Xəzər dənizində hərbi hissələr təlim-döyüş tapşırıqlarını yerinə yetirərkən qəza baş verib. Açıq dənizdə güclü dalğa 17 hərbçini aparıb, onlardan yalnız 3 nəfəri xilas etmək mümkün olub. Nəticədə 14 hərbçi həyatını itirib.

Nazirliyin izahı və rəsmi tədbirlər

Qazaxıstanın Müdafiə Nazirliyi faciəni hava şəraitinin qəfil pisləşməsi ilə əlaqələndirib. Hadisədən bir gün sonra, sentyabrın 25-də ölkədə matəm günü elan olunub.

Baş verən itkidən sonra dövlət başçısı Kasım-Jomart Tokayev müdafiə naziri Dauren Kosanovu vəzifəsindən azad etmək qərarına gəlib.