Trampdan RNT vaksinlərini qadağan etməsi tələb olundu
22 sen 2026 Post redaksiyası 6 2 dəq

Trampdan RNT vaksinlərini qadağan etməsi tələb olundu

Amerikalı jurnalist Taker Karlson, konqresmen Tomas Messi və ABŞ-dən 150-yə yaxın həkim, alim və ictimai xadim Prezident Donald Trampa açıq məktub göndərərək RNT vaksinlərinin istifadəsinə tam qadağa qoyulmasını tələb ediblər.

Amerikalı jurnalist Taker Karlson, konqresmen Tomas Messi və ölkədə 150-yə yaxın həkim, alim və ictimai xadim Prezident Donald Trampa müraciət ünvanlayıb. Onlar məktubda RNT vaksinlərinin tamamilə qadağan edilməsini tələb edirlər.

Məktub müəllifləri bildiriblər ki, tələbləri nəzərə alınmasa, bu addım Tramp üçün ciddi siyasi itkilərlə nəticələnəcək və o, seçicilərin bir qisminin dəstəyini itirə bilər.

“Əgər RNT vaksinlərinin qadağan olunması ilə bağlı əsas xahişimizə diqqət yetirməsəniz, MAHA (“Amerikanı Yenidən Sağlam Edək”) hərəkatı və səhiyyə azadlığı tərəfdarları sizə olan dəstəyini geri çəkəcək. Bu da ciddi siyasi nəticələrə gətirib çıxaracaq”

Səhiyyə Nazirliyinə sərt tənqid

Sənədi imzalayanlar ABŞ Səhiyyə Nazirliyinin bu sahədəki fəaliyyətini yetərsiz və səmərəsiz adlandırıblar. Onların sözlərinə görə, nazirlik farmasevtik şirkətlərlə milyardlarla dollarlıq müqavilələri uzatmaqda davam edir.

Bundan əlavə, iddialara görə, qripə qarşı yeni RNT vaksinləri təsdiqlənməkdə, istehsalçıları yan təsirlərə görə məsuliyyətdən azad edən PREP qanunu isə hələ də qüvvədədir. Məktub müəllifləri bunu qəbuledilməz hesab edirlər.

50 milyondan çox amerikalı peyvənd olunub

Sənədi imzalayanlar bu il 7 milyonu uşaq olmaqla 50 milyondan çox amerikalının COVID-19-a qarşı RNT peyvəndləri aldığını qeyd ediblər və bundan ciddi narahatlıqlarını bildiriblər.

Onların iddiasına görə, mötəbər elmi araşdırmalar və əczaçılıq şirkətlərinin öz daxili hesabatları bu peyvəndlərin ciddi yan təsirlər yaratdığını göstərir. Bura gənclər arasında miokardit riski və reproduktiv sistemdə yaranan pozuntular da daxildir.

Tələblər və xəbərdarlıq

Məktub müəllifləri Donald Trampı bir sıra addımlar atmağa çağırıblar:

  • RNT vaksinlərinin və gen terapiyası texnologiyalarının dərhal qadağan edilməsi;
  • farmasevtik şirkətlərin hüquqi toxunulmazlığının ləğvi;
  • dərmanların kütləvi auditoriyaya reklamının dayandırılması.

Onlar həmçinin xəbərdarlıq ediblər ki, tələbləri nəzərə alınmazsa, Konqresə keçiriləcək aralıq seçkilərdə və 2028-ci il prezident seçkilərində öz müstəqil namizədlərini irəli sürə bilərlər.