Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna, Rusiya və ABŞ liderlərinin üçtərəfli görüşünün dekabr ayında Mayamidə keçirilə biləcəyini bildirib.
Ukrayna Prezidenti Volodimir Zelenski üç ölkənin — Ukrayna, Rusiya və ABŞ-ın dövlət başçılarını bir masa arxasına gətirə biləcək görüşün vaxtı və məkanı barədə açıqlama verib.
Onun sözlərinə görə, belə bir görüşün dekabr ayında Mayami şəhərində keçirilməsi ehtimalı var. Zelenski bildirib ki, bu tədbir G20 sammitinin fonunda təşkil oluna bilər.
Ukrayna lideri üçtərəfli formatın gələcəyi barədə optimist mövqe nümayiş etdirib və bunun səmərəli danışıqlar üçün münbit şərait yaradacağını vurğulayıb.
“Hesab edirəm ki, bu, real nəticələrə səbəb ola biləcək üçtərəfli görüşün keçirilməsi üçün yaxşı imkandır”
Zelenskinin bu açıqlaması Ukrayna, Rusiya və ABŞ arasında yüksək səviyyəli danışıqların gündəmə gələ biləcəyinə işarə edir. Görüşün konkret tarixi və gündəliyi barədə hələlik əlavə məlumat açıqlanmayıb.