Rusiyanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, Çeçenistanın hazırkı rəhbəri Ramzan Kadırov keçirilən seçkilərdə yenidən regionun başçısı seçilib.
Rusiyanın Mərkəzi Seçki Komissiyası bülletenlərin 99,63 faizinin hesablanmasının nəticələrini açıqlayıb. Bu nəticələrə əsasən, Çeçenistanın hazırkı rəhbəri Ramzan Kadırov yenidən həmin regionun başçısı seçilib.
2011-ci ildən Çeçenistana rəhbərlik edən Ramzan Kadırov səslərin 99,85 faizini toplayaraq qələbə qazanıb.
Sentyabrın 18-dən 20-dək Rusiyada doqquzuncu çağırış Dövlət Dumasına deputat seçkiləri keçirilib. Eyni zamanda ölkədə regional və bələdiyyə seçkiləri də təşkil olunub.