Haaland güzgü memini MrBeast ilə real həyatda canlandırdı
21 sen 2026 Post redaksiyası 10 1 dəq

Haaland güzgü memini MrBeast ilə real həyatda canlandırdı

"Mançester Siti"nin hücumçusu Erlinq Haaland sosial şəbəkələrdə populyarlaşan güzgü memini bu dəfə süni intellekt olmadan, real həyatda təkrarlayıb.

Norveçli futbolçu Erlinq Haaland internetdə geniş yayılan güzgü memini yenidən canlandırıb, lakin bu dəfə hadisə süni intellektin köməyi olmadan, real çəkiliş zamanı baş verib.

Məşhur yutuber "Mister Bist" (MrBeast) ilə birgə çəkilişdə Haaland güzgüdə öz əksini görərkən qorxan səhnəni canlandırıb. Bu görüntü əvvəllər sosial mediada süni intellekt vasitəsilə yaradılmış eyni məzmunlu videonun real versiyası kimi diqqət çəkib.

Sosial mediada geniş yayılmışdı

Haaland və MrBeast-in güzgü səhnəsindən əvvəl həmin mem süni intellekt texnologiyası ilə hazırlanaraq minlərlə paylaşım toplamışdı. Norveçli futbolçunun bu dəfə səhnəni şəxsən canlandırması istifadəçilər arasında yenidən böyük maraq doğurub.