Elvin Xudaverdiyev REDMI Note 17 Pro Max 5G-ni sınadı
24 sen 2026 Post redaksiyası 3 3 dəq

Elvin Xudaverdiyev REDMI Note 17 Pro Max 5G-ni sınadı

Xiaomi Azerbaijan məşhur sürücü Elvin Xudaverdiyevin iştirakı ilə REDMI Note 17 Pro Max 5G smartfonuna həsr olunmuş yeni videoçarx hazırlayıb. Layihədə cihazın imkanları yarış treki və drift səhnələri fonunda göstərilir.

Yüksək sürətlə hərəkət edərkən həm tam diqqət, həm də etibarlı texnika vacibdir. REDMI Note 17 seriyasının Elvin Xudaverdiyevlə birgə hazırladığı yeni layihə də məhz bu ideyaya söykənir.

Dinamik görüntülərdən ibarət çarxda smartfonun imkanları yarış pisti, drift epizodları və gündəlik həyatda rastlana biləcək çətin anlar üzərindən nümayiş etdirilir. Çarxın əvvəlində Xudaverdiyevi idman avtomobilinin sükanı arxasında görürük.

Onun üçün maksimum performans təkcə sürət demək deyil. Bura həm dözümlülük, həm böyük enerji ehtiyatı, həm də ağır şəraitdə belə hərəkəti dayandırmamaq bacarığı daxildir. Məhz bu keyfiyyətlər sürücünün xarakterini, avtomobili və yeni smartfonu bir araya gətirir.

Batareya resursu necə nümayiş etdirilib?

Modelin başlıca üstünlüklərindən biri 10 000 mAh həcmində batareyadır. Çarxda bu resurs gecə ilə gündüzün sürətlə bir-birini əvəz etməsi vasitəsilə göstərilir – ətraf mühit və şəhərin ritmi dəyişsə də, cihaz fasiləsiz işləməyə davam edir.

Belə enerji ehtiyatı istifadəçiyə daim şarj mənbəyi axtarmadan naviqasiyadan faydalanmağa, foto-video çəkməyə, ünsiyyət saxlamağa və gündəlik məsələləri həll etməyə şərait yaradır.

Sürətli enerji doldurma və möhkəmlik

Növbəti vizual paralel pit-stop səhnəsində qurulub – mexaniklər avtomobilin təkərlərini əvəz edərkən smartfon da eyni sürətlə enerji toplayır. REDMI Note 17 Pro Max 5G gözləmə vaxtını xeyli qısaldan və istifadəçini tez bir zamanda gündəlik işlərinə qaytaran 100W HyperCharge texnologiyası ilə təchiz olunub.

Çarxın yekun hissəsi isə cihazın davamlılığına həsr edilib. Kəskin döngə anında smartfon avtomobildən çıxaraq yaş asfaltın üzərinə düşür. Bu epizod gücləndirilmiş korpus quruluşu və xarici zərbələrə qarşı qorunmanı özündə birləşdirən REDMI Titan Quality konsepsiyasını əks etdirir. Cihaz həmçinin su və toza qarşı IP69 standartına uyğun qorunma səviyyəsinə malikdir.

Yarış treki obrazı smartfonun texniki göstəricilərini sadə və başa düşülən vəziyyətlər vasitəsilə çatdırmağa imkan verib. Beləliklə, tamaşaçı funksiyaların sadəcə sadalanması yerinə, uzunmüddətli batareyanın, sürətli enerji doldurmanın və davamlılığın məhz etibarlılıq və sürətin önəmli olduğu anlarda necə iş gördüyünü görür.

“REDMI Note 17 Pro Max gün ərzində daim hərəkətdə olan insanlar üçün yaradılıb. Videoçarxda smartfonun imkanlarını sadəcə texniki göstəricilər vasitəsilə deyil, cihazın işləməyə davam etdiyi vəziyyətlər üzərindən göstərmək istədik”, – deyə Xiaomi Azerbaijan-ın brend komandası bildirib.

REDMI Note 17 Pro Max 5G aktiv həyat tərzi və uzunmüddətli istifadə nəzərə alınaraq hazırlanıb. Elvin Xudaverdiyevin iştirakı ilə çəkilən yeni videoçarx bu ideyanı yığcam şəkildə ifadə edir: maksimum performans üçün Titan gücü lazımdır.

Qiymətlər və satış şərtləri

REDMI Note 17 seriyası Azərbaycanda dörd versiyada təqdim olunur. Tövsiyə olunan qiymətlər aşağıdakı kimidir:

  • REDMI Note 17 — 549,99 manatdan;
  • REDMI Note 17 5G — 689,99 manatdan;
  • REDMI Note 17 Pro 5G — 799,99 manatdan;
  • REDMI Note 17 Pro Max 5G — 1 149,99 manatdan.

Smartfonları Kontakt, İrşad, Baku Electronics, Birmarket və Soliton mağazalarından əldə etmək mümkündür. Sentyabrın 11-dən 30-dək seriyaya daxil olan modellərə 200 manatadək endirim tətbiq edilir.

Alıcılar əlavə olaraq ikiillik zəmanət, altı ay ərzində ekranın bir dəfə pulsuz dəyişdirilməsi və batareya üçün üçillik zəmanət hüququ əldə edirlər. Bu şərtlər 15 noyabr 2026-cı ilədək qüvvədə qalacaq.

Videoçarxı Xiaomi Azerbaijan-ın Instagram səhifəsində izləmək mümkündür.