Donald Tramp Süni İntellekt Qüvvələri yaratdığını açıqladı
19 sen 2026 Post redaksiyası 6 1 dəq

Donald Tramp Süni İntellekt Qüvvələri yaratdığını açıqladı

ABŞ Prezidenti Donald Tramp Kosmik Qüvvələrin analoqu kimi Süni İntellekt Qüvvələrinin yaradıldığını elan edib.

ABŞ Prezidenti Donald Tramp öz ilk prezidentlik dövründə qurduğu Kosmik Qüvvələrə bənzər yeni bir struktur — Süni İntellekt Qüvvələri yaratdığını bildirib. Açıqlama Amerika liderinin "Truth Social" platformasındakı rəsmi hesabı vasitəsilə yayılıb.

"Mən nəhəng uğur qazanan Kosmik Qüvvələri yaratdığım kimi, indi də Süni İntellekt Qüvvələrini yaradıram. Yaxın vaxtlarda yeni strukturun rəhbərinin adını açıqlayacağam. Süni intellekt ABŞ ÜDM-nin 25%-dək hissəsini əhatə edə biləcək yeni sənaye inqilabıdır. ABŞ süni intellekt sahəsində Çini və digər ölkələri üstələyir və bu üstünlüyü qoruyub saxlamaq niyyətindədir"

Tramp yeni qurumun məhz hansı formada fəaliyyət göstərəcəyi barədə dəqiqlik gətirməyib — söhbətin ABŞ Silahlı Qüvvələrinin tərkibində yeni bir qoşun növündən, yoxsa ayrıca dövlət strukturundan getdiyi bəlli deyil.

Terminə etiraz və alternativ təkliflər

Bundan əvvəl Tramp "süni intellekt" ifadəsini bəyənmədiyini bildirmişdi. O, bu texnologiya üçün üç fərqli ad təklif edərək həmin variantları "Truth Social" istifadəçilərinin səsverməsinə çıxarmışdı.

Amerika lideri texnologiyanı belə adlandırmağı təklif etmişdi:

  • "ali intellekt"
  • "ekstremal intellekt"
  • "mütləq intellekt"