Məşhur aktrisa Monika Belluççi Monako Knyazı Fondunun 20 illiyi münasibətilə Monte-Karlo Operasının Qarnye zalında keçirilən təntənəli gecədə iştirak edib.
Dünya şöhrətli aktrisa Monika Belluççi Monako Knyazı Fondunun fəaliyyətə başlamasının 20 illiyinə həsr olunmuş qala-gecəyə qatılıb. Tədbir Monte-Karlo Operasının Qarnye zalında baş tutub.
61 yaşlı ulduz gecədə dərin dekolteli, bədəninə oturan qara rəngli geyimdə görüntülənib. Belluççi kameralar qarşısında poz verərək tədbir iştirakçılarının diqqətini cəlb edib.
Aktrisanın imicini almaz qaşlı boyunbağı və üzüklər tamamlayıb. Bu zərgərlik əşyaları onun görünüşünə əlavə zəriflik qatıb.