"Bolt for Business" "Baku Electronics" ilə birgə 24-25 sentyabr gecəsi keçiriləcək yeni "Apple" smartfonlarının satış tədbirinə mobillik dəstəyi göstərəcək və iştirakçılara 25% endirimli səfər imkanı təklif edəcək.
"Baku Electronics"in İnşaatçılar filialında 24 sentyabrdan 25 sentyabra keçən gecə saat 22:00-dan 03:00-dək davam edəcək aktivasiya yeni "Apple" smartfonlarının 25 sentyabr tarixindən satışa çıxması ilə bağlıdır. Bu müddət ərzində "Bolt for Business" mağazaya gələn və oradan qayıdan müştərilərə xüsusi nəqliyyat dəstəyi göstərəcək.
Tədbirə qatılan və mağazadan geri dönən istifadəçilər "Bolt" tətbiqində təyinat nöqtəsi olaraq "iPhone18" yazmaqla səfərlərinə 25% endirim qazana biləcəklər. Bu güzəşt yalnız "Baku Electronics"in İnşaatçılar filialına gediş-gəliş marşrutlarına şamil ediləcək.
"Bolt for Business"in Azərbaycan üzrə rəhbəri Salman Babazadə əməkdaşlığın məqsədini belə izah edib:
"Yeni məhsulların satışa başladığı günlərdə mağazalara böyük maraq olur. "Baku Electronics" ilə əməkdaşlıq çərçivəsində məqsədimiz ziyarətçilərin mağazaya rahat çatmasına və geri qayıtmasına dəstək verməkdir".
"Baku Electronics"in Marketinq direktoru Aslan Həsənli isə müştəri məmnuniyyətinin şirkət üçün önəmini vurğulayaraq deyib:
"Müştərilərimizin rahatlığı və məmnuniyyəti bizim üçün hər zaman ən əsas prioritetdir. Yeni məhsullarımızın təqdimatı günlərində "Bolt" ilə birlikdə müştərilərimizə belə bir üstünlük təklif etməkdən məmnunuq. Bu əməkdaşlıq sayəsində alıcılarımız mağazalarımıza daha rahat və sürətli şəkildə gələrək ən yeni texnologiyaları kəşf edə və alış-verişdən tam zövq ala biləcəklər".
Tədbir çərçivəsində 25 sentyabr tarixində ziyarətçilər üçün aşağıdakı xidmətlər də təqdim olunacaq:
Tədbir zamanı ziyarətçilərin mağazaya rahat daxil olması və çıxması üçün xüsusi götürmə və düşürmə nöqtələri də təşkil ediləcək.