Keçmiş futbolçu İsgəndər Cavadov Azərbaycan futbolunun inkişafı və təbliği sahəsindəki fəaliyyətinə görə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.
Prezident İlham Əliyev keçmiş futbolçu İsgəndər Cavad oğlu Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda göstərilib ki, İsgəndər Cavadov Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyət göstərib. Məhz bu xidmətlərinə görə o, dövlət başçısının fəxri diplomuna layiq görülüb.
Qeyd edilib ki, İsgəndər Cavadovun sentyabrın 20-də 70 yaşı tamam olur.