Bakının Sabunçu rayonunda yanıq xəsarətləri alan Abdulla Dadaşov aparıldığı xəstəxanada həyatını itirib.
Bakının Sabunçu rayonu ərazisində baş verən hadisə nəticəsində yanıq xəsarətləri alan kişi sonradan xəstəxanada dünyasını dəyişib.
Məlumata görə, sentyabrın 20-də 1986-cı il təvəllüdlü Abdulla Dadaşov ağır yanıq xəsarətləri ilə tibb müəssisəsinə çatdırılıb.
Göstərilən tibbi yardıma baxmayaraq, Abdulla Dadaşov sentyabrın 21-də vəfat edib.
Hadisə ilə bağlı hazırda müvafiq orqanlar tərəfindən araşdırma aparılır.