Salahın fotosu Trabzonda qayanı turizm məkanına çevirdi
22 sen 2026 Post redaksiyası 3 1 dəq

Salahın fotosu Trabzonda qayanı turizm məkanına çevirdi

"Trabzonspor"un futbolçusu Məhəmməd Salahın bir qayanın üzərində çəkdirib paylaşdığı fotoşəkil bu məkanı Türkiyədə turistlərin ən çox axışdığı yerlərdən birinə çevirib.

Misirli hücumçu Məhəmməd Salah bir müddət əvvəl Trabzon ətrafındakı qayalıq ərazidə çəkdirdiyi fotonu şəxsi sosial media hesabında paylaşıb. Həmin paylaşımdan sonra adi görünən qaya parçası böyük diqqət mərkəzinə düşüb.

Yerli sakinlər və ölkənin müxtəlif bölgələrindən gələn insanlar artıq "Salah qayası" kimi tanınan bu məkana axışmağa başlayıblar. Ərazi qısa zamanda kortəbii şəkildə populyar turizm nöqtəsinə çevrilib.

Ekskursiyalar təşkil olunur

Qayanın populyarlaşması ilə bağlı artıq bu ünvana xüsusi ekskursiya proqramları da hazırlanıb. Turistlər məhz Salahın fotosunu çəkdirdiyi nöqtəni ziyarət etmək üçün buraya gətirilir.

Gün ərzində ərazidə ziyarətçi axını o qədər çoxdur ki, həm piyadalar, həm də avtomobillər üçün növbə yaranır. Bir futbolçunun sadə paylaşımı bölgənin turizm potensialına gözlənilməz təsir göstərib.