Pakistanın şimal-qərbindəki Dera-İsmayıl-Xan şəhərində baş verən partlayış nəticəsində 11 nəfər həlak olub, 30 nəfər yaralanıb.
Pakistanın şimal-qərb bölgəsində yerləşən Dera-İsmayıl-Xan şəhərində törədilən partlayış nəticəsində 11 nəfər dünyasını dəyişib, 30 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bu barədə "Al Arabiya" telekanalı xilasetmə xidmətlərinə istinadən məlumat yayıb.
Faciə polis nəzarət-buraxılış məntəqəsi yaxınlığında qeydə alınıb. Hadisə yerinə cəlb olunan hüquq-mühafizə orqanlarının nümayəndələri yaralıların operativ şəkildə ən yaxın xəstəxanalara aparıldığını bildiriblər.
Xəstəxanalarda müayinədən keçirilən yaralılardan bir qisminin sağlamlıq durumunun ciddi narahatlıq doğurduğu qeyd olunur.
Araşdırma zamanı məlum olub ki, partlayışı minik avtomobilinə yerləşdirilmiş partlayıcı qurğunu detonasiya edən intihar terrorçusu törədib.
Terror aktına görə məsuliyyəti "Təhrik-i-Taliban Pakistan" (TTP) qruplaşması üzərinə götürdüyünü bəyan edib. Qeyd edilməlidir ki, TTP Əfqanıstandakı "Taliban" hərəkatından fərqli, müstəqil bir qurumdur, lakin onunla yaxın müttəfiqlik münasibətləri saxlayır.