Bakının Nizami rayonundakı restoranlardan birində mühafizəçi işləyən şəxsin meyiti aşkar edilib.
Bakının Nizami rayonunda yerləşən restoranlardan birində mühafizəçi qismində çalışan şəxsin meyiti aşkar edilib.
Hadisə dünən saat 12 radələrində Bəkir Çobanzadə küçəsindəki restoranların birində baş verib. Ölən şəxs 1962-ci il təvəllüdlü, Bakı şəhər sakini Bəxtiyar Məmmədov olub.
Məmmədovun cəsədində zorakılıq izlərinə rast gəlinməyib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Ölümün səbəbini müəyyənləşdirmək üçün müvafiq araşdırma aparılır. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən yoxlama davam etdirilir.