Lənkəranın Kərgəlan kəndində tanışı tərəfindən döyülən 2010-cu il təvəllüdlü E.İ. üç gün sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Lənkəranın Kərgəlan kəndində baş verən döyülmə hadisəsindən üç gün sonra yeniyetmə xəstəxanada həyatını itirib. 2010-cu il təvəllüdlü kənd sakini E.İ. tanışı tərəfindən vurulan zərbələrdən sonra ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.
Bildirilib ki, yeniyetmə üç gün ərzində süni tənəffüs aparatına qoşulu vəziyyətdə saxlanılıb. Həkimlərin bütün cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və bu gün Lənkəran Rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.
Hadisə ilə bağlı əməli törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü İ.B. polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi başlanılıb.
Hazırda hadisə ilə bağlı araşdırma davam etdirilir.