Cəlilabadda ovçuluq təsərrüfatında yanğın törənib
21 sen 2026 Post redaksiyası 8 1 dəq

Cəlilabadda ovçuluq təsərrüfatında yanğın törənib

Cəlilabad rayonundaki Zəvvar ovçuluq təsərrüfatının ərazisində güclü yanğın baş verib, alov geniş sahəni bürüyüb.

Cəlilabad rayonunda yerləşən Zəvvar ovçuluq təsərrüfatının ərazisində güclü yanğın qeydə alınıb.

Son dövrlər müşahidə olunan quraqlıq nəticəsində təsərrüfat ərazisində quru ot kütləsinin çoxluğu yanğının qısa müddətdə sürətlə yayılmasına gətirib çıxarıb.

Yanğınla mübarizə davam edir

Məlumata görə, alov hazırda da genişlənməkdə davam edir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə bölməsinin əməkdaşları, eləcə də digər aidiyyəti qurumların qüvvələri cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində tədbirlər hazırda da davam etdirilir.