Mingəçevir Su Anbarında təmir işləri zamanı iki fəhlə quyuya düşüb, onlardan biri başından ağır xəsarət alıb.
Mingəçevir Su Anbarında təmir işləri zamanı iki fəhlə quyuya düşüb, onlardan biri başından ağır xəsarət alıb.
Fəhlələrdən birinin quyuya enmək üçün istifadə etdiyi nərdivan qəflətən sınıb və o, aşağıya yıxılaraq başından zədə alıb.
Hadisə yerinə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin həkimi Xalid Pirverdiyev və tibb bacısı Əsli Ramazanova gəlib.
Quyuda kifayət qədər işıqlandırma olmadığından tibb işçiləri telefonlarının fənər funksiyasından istifadə edərək aşağı enib, xəsarət alan fəhləyə ilkin tibbi yardım göstəriblər. Onlar bu addımı atarkən öz sağlamlıqlarını və həyatlarını təhlükəyə atıblar.
Vaxtında göstərilən köməyin nəticəsində xəsarət alan fəhlə xəstəxanaya çatdırılıb və həyatı təhlükədən xilas edilib.