Nobel Fondu 2026-cı ildən etibarən hər kateqoriya üzrə mükafat məbləğini 12 milyon İsveç kronuna (1,2 milyon ABŞ dolları) qədər artırıb.
Nobel Fondu 2026-cı il üçün mükafat məbləğinin artırılması barədə qərar qəbul edib. Bundan sonra hər kateqoriya üzrə laureatlara veriləcək məbləğ 12 milyon İsveç kronuna, təxminən 1,2 milyon ABŞ dollarına çatacaq.
Fond bu barədə öz rəsmi veb-saytında açıqlama yayıb. Bildirilib ki, hər kateqoriyadakı mükafat məbləği əvvəlki səviyyəyə nisbətən 1 milyon İsveç kronu (100 000 ABŞ dolları) artırılıb.
Nobel mükafatının məbləği son 15 il ərzində dəfələrlə yenidən nəzərdən keçirilib. Bu müddət ərzində məbləğin bəzi hallarda azaldıldığı da qeyd olunur.
Bu ilin Nobel mükafatı laureatlarının adları 5 oktyabr – 12 oktyabr tarixləri arasında elan ediləcək.