Sentyabrın 22-də ölkə üzrə pensiyaların ödənilməsi tam yekunlaşdırılacaq.
Sentyabrın 22-də respublika üzrə pensiyaların ödənilməsi prosesi tamamlanacaq. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Sosial Müdafiə Fondu açıqlama yayıb.
Fondun məlumatına əsasən, qeyd olunan tarixdə təkcə ümumi qaydada pensiya alanlar deyil, həm də güzəştli şərtlərlə pensiya hüququ olan şəxslər öz ödənişlərini alacaqlar. Beləliklə, sentyabr ayı üzrə bütün kateqoriyalardan olan pensiyaçıların ödənişləri tam başa çatdırılacaq.