İstanbulun Bağçalıevlər rayonunda yerləşən Yayla Məscidi dağılma təhlükəsi yaratdığı üçün söküntüyə məruz qalır, onun yerində zəlzələyə davamlı yeni ibadətgah inşa ediləcək.
İstanbulun Bağçalıevlər rayonundakı Yayla Məscidinin binası artıq təhlükəli hesab edildiyi üçün sökülür. Qərar dağılma riski əsas götürülərək qəbul olunub.
Məscidin günbəzi və beton konstruksiyası ilkin gözləntilərdən qat-qat möhkəm çıxıb. Bu səbəbdən söküntü işləri artıq 5 gündür fasiləsiz davam edir.
1982-ci ildə istifadəyə verilmiş bina uzun illər ərzində rayon sakinlərinin ibadət yeri olub. İndi isə onun yerində müasir standartlara cavab verən qurğu tikiləcək.
Köhnə bina tamamilə sökülüb aradan qaldırıldıqdan sonra həmin ərazidə zəlzələyə davamlı yeni məscid inşa olunacaq. Layihənin maliyyələşdirilməsini adı açıqlanmayan bir xeyriyyəçi öz üzərinə götürüb.
Tarixə qovuşan Yayla Məscidinin sökülmə anları görüntüyə alınaraq sosial şəbəkələrdə geniş yayılıb. Paylaşımlar bir çox istifadəçinin diqqətini çəkib və müxtəlif şərhlərə səbəb olub.
İstifadəçilərin bir qismi binanın möhkəmliyinə heyranlığını bildirərək belə yazıb:
Sökülməmək üçün sonuna qədər dayanıb
Digər bir şərhdə isə söküntünün gedişatına təəccüblə yanaşılıb:
Sanki yanlış məscidi sökürlər, sökülənə oxşamır