Sumqayıt qəzasında ölən kapitan Elxan İsayev kimdir?
25 sen 2026 Post redaksiyası 6 1 dəq

Sumqayıt qəzasında ölən kapitan Elxan İsayev kimdir?

Bakı-Quba magistralının Sumqayıt şəhəri ərazisindən keçən hissəsində avtomobilin vurduğu nəticəsində həlak olan kişinin Azərbaycan Ordusunun kapitanı Elxan Tofiq oğlu İsayev olduğu bilinir.

Bakı-Quba magistralının Sumqayıt ərazisindən keçən hissəsində piyada olaraq yolu keçməyə çalışan bir kişi avtomobilin altında qalaraq həyatını itirmişdi. Aparılan araşdırma nəticəsində qəza qurbanının kimliyi müəyyənləşdirilib.

Məlum olub ki, hadisə zamanı ölən şəxs Azərbaycan Ordusunun kapitanı Elxan Tofiq oğlu İsayev imiş. Zabit Biləsuvar rayonunun Aşağı Cürəli kəndindən olub.

Vətən müharibəsi iştirakçısı imiş

E.İsayev Vətən müharibəsində döyüşlərdə iştirak edərək yaralanıb. Göstərdiyi igidliyə görə o, çoxsaylı medallarla təltif olunub.

İki övladın atası olan zabit, xidmət göstərdiyi hərbi hissədən evə qayıdarkən yol qəzasının qurbanı olub. Onun cənazəsi eyni gün doğulduğu Aşağı Cürəli kəndində dəfn edilib.