Ukrayna Prezidenti Volodimir Zelenskinin birinci müavini Sergey Kislitsa Birləşmiş Millətlər Təşkilatının Baş Qərargahındakı köhnəlmiş kresloları sosial şəbəkədə paylaşaraq təşkilatın hazırkı vəziyyətini tənqid edib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Qərargahındakı köhnəlmiş kresloların görüntüsü dünya mediasında müzakirə mövzusuna çevrilib. Bu müzakirələrin başlanğıcı Ukrayna Prezidenti Volodimir Zelenskinin birinci müavini Sergey Kislitsanın "X" sosial şəbəkəsindəki paylaşımı olub.
Kislitsa təşkilatın 1 nömrəli iclas zalında öz çəkdiyi fotonu paylaşıb və köhnəlmiş kresloları BMT-nin bugünkü durumu ilə əlaqələndirib. O, təşkilatın artıq öz missiyasını yerinə yetirmədiyini və ciddi dəyişikliyə ehtiyac olduğunu bildirib.
Ukraynalı diplomat BMT-nin əvvəlki nüfuzunu itirdiyini vurğulayaraq təşkilatın yaranma tarixinə də toxunub.
O köhnəlib, özünü itirib və dərin yenidənqurmaya ehtiyac duyur. Bəziləri deyir ki, o öz köklərinə qayıtmalıdır. BMT Stalin, Ruzvelt və Çörçill tərəfindən Yaltada səpilmiş toxumlardan əmələ gəlib və artıq sülhün dayağı deyil.
Kislitsa həmçinin BMT-nin növbəti Baş katibinin təyin olunmasının da mövcud vəziyyəti dəyişə biləcəyinə şübhə ilə yanaşdığını bildirib.