Tovuzun Qovlar qəsəbəsində "Range Rover" markalı avtomobil iki məktəbli qızı vurub, hər ikisi xəstəxanaya yerləşdirilib.
Tovuz rayonunun Qovlar qəsəbəsində "Range Rover" markalı avtomobilin vurması nəticəsində iki məktəbli qız xəsarət alıb.
İlkin məlumata görə, 2010-cu il təvəllüdlü X.Ə. və onun həmyaşıdı F.N. adlı qızlar avtomobilin altında qalıblar. Hər iki qız 16 yaşındadır.
Qəzadan sonra qızlardan biri Tovuz Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Digəri isə müalicə üçün Bakı şəhərindəki xəstəxanalardan birinə aparılıb.
Hadisə ilə bağlı müvafiq orqanlar tərəfindən araşdırma başladılıb.