İraq koalisiya qərargahını sentyabrın 30-da bağlayır
26 sen 2026 Post redaksiyası 3 1 dəq

İraq koalisiya qərargahını sentyabrın 30-da bağlayır

İraq, ABŞ başçılığı ilə fəaliyyət göstərən beynəlxalq koalisiyanın ölkədəki qərargahının sentyabrın 30-dan etibarən işini dayandıracağını rəsmən açıqlayıb.

İraq Silahlı Qüvvələri İdarəsinin rəisi Əbdül Əmir Şəmmari bildirib ki, ölkədəki təhlükəsizlik vəziyyəti sabitdir və bütün ərazilər üzərində tam nəzarət təmin olunub.

“Ölkənin təhlükəsizliyi ilə bağlı heç bir narahatlıq yoxdur”, - Şəmmari deyib.

Onun sözlərinə görə, sentyabrın 30-dan sonra beynəlxalq koalisiyanın İraqdakı qərargahı öz fəaliyyətini tamamilə dayandıracaq. Bundan sonra ölkə ərazisində heç bir xarici hərbi baza qalmayacaq.

Suverenlik Günü qeyd olunacaq

İraq hökuməti bu addımla əlaqədar olaraq oktyabrın 1-ni ölkədə “Suverenlik Günü” kimi qeyd etməyə hazırlaşır. Bu tədbir xarici hərbi qüvvələrin ölkədən çıxarılmasının rəsmi tamamlanması kimi qiymətləndirilir.