Yardımlı rayonunun Eçara kəndində açıq ərazidə baş verən yanğın nəticəsində 2 hektar sahədə quru ot yanıb.
Yardımlı rayonunun Eçara kəndində açıq havada yanğın qeydə alınıb. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xəttinə məlumat ötürülüb.
Bildirilən məlumatdan sonra yanğın yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin Yardımlı Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları göndərilib.
Yanğınsöndürənlərin operativ hərəkəti nəticəsində alov açıq sahədə yayılmağa imkan tapmadan aradan qaldırılıb. Yanğın zamanı 2 hektar ərazidə quru ot məhv olub.
Ətrafdaki tikililər və hava elektrik xətləri yanğının təsirindən qorunub saxlanılıb.