İsrail F-35 qırıcılarını yeni bombalarla təchiz edəcək
18 sen 2026 Post redaksiyası 5 2 dəq

İsrail F-35 qırıcılarını yeni bombalarla təchiz edəcək

İsrailin “Rafael Advanced Defense Systems” şirkəti bəyan edib ki, ABŞ istehsalı olan beşinci nəsil “F-35” qırıcı təyyarələri gələcəkdə “SPICE 1000” aviabombaları ilə silahlandırılacaq.

İsrailin “Rafael Advanced Defense Systems” şirkəti bəyan edib ki, ABŞ istehsalı olan beşinci nəsil “F-35” qırıcı təyyarələri gələcəkdə “SPICE 1000” aviabombaları ilə silahlandırılacaq. Bu, “Lockheed Martin” tərəfindən istehsal olunan qırıcıların döyüş imkanlarını genişləndirəcək.

Şirkətin yaydığı məlumata görə, yeni sursatın qırıcı təyyarə ilə uyğunlaşdırılması və zəruri sınaqlardan keçirilməsi prosesi bir neçə ay çəkəcək. Bu mərhələ başa çatdıqdan sonra “SPICE 1000” İsrailin “F-35” donanmasında rəsmi döyüş sursatı statusu qazanacaq.

SPICE 1000 nə üçün fərqlənir?

SPICE 1000 sistemi 1000 funt, yəni təxminən 450 kiloqram ağırlığında olan adi tipli və divar deşən bombaları yüksək dəqiqliklə hədəfə çatan sursata çevirir. Bombanın gövdəsinə quraşdırılmış açılan qanadlar onun planlaşma yolu ilə uçmasını təmin edir, bu da atəş məsafəsini 75 mil, yəni təxminən 121 kilometrə qədər artırır.

Əvvəllər hansı təyyarələrdə istifadə olunub?

Uzun müddətdir ki, “SPICE 1000” bombaları İsrail Hava Qüvvələrinin “F-15” və “F-16” tipli qırıcılarının əsas silah arsenalına daxildir. Bu sursatlardan yaxın vaxtlarda ABŞ ilə birgə həyata keçirilən İrana qarşı hərbi əməliyyatlarda da istifadə edilib.