Pezeşkianın çıxışı zamanı Azərbaycan heyəti zalda olub
24 sen 2026 Post redaksiyası 6 1 dəq

Pezeşkianın çıxışı zamanı Azərbaycan heyəti zalda olub

İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin zalı tərk etməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Sosial şəbəkələrdə İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasında çıxış etdiyi zaman bəzi ölkələrin nümayəndə heyətlərinin, o cümlədən Azərbaycan nümayəndələrinin iclas zalını tərk etdiyinə dair iddialar yayılıb. Bu iddialara görə, Azərbaycan nümayəndə heyəti çıxış zamanı zalda olmayıb.

Lakin bu məlumatın həqiqətə uyğun olmadığı bildirilir. Məsud Pezeşkianın 23 sentyabr tarixində BMT Baş Assambleyasındakı çıxışı zamanı Azərbaycan nümayəndə heyəti zalda iştirak edib.

Zalı kim tərk edib

Açıq mənbələrdən əldə edilən məlumata əsasən, İran Prezidentinin çıxışı zamanı zalı tərk edən ABŞ nümayəndəsi olub. İsrail nümayəndə heyəti isə ümumiyyətlə həmin çıxışda iştirak etməyib.

Beləliklə, Azərbaycan nümayəndə heyətinin zalı tərk etdiyinə dair sosial şəbəkələrdə yayılan iddialar dezinformasiya xarakteri daşıyır və gerçəkliyi əks etdirmir.